Salam əziz dünyam! Məktubunu aldıq. İlk öncə səndən məktub aldığımız üçün çox sevinmişdik.Amma biləndəki biz insanlar səni incidirik bizə əmanət etdiyin dəyərləri qoruya bilmirik onda çox təəssüfləndik.Görəsən biz insanlar niyə anlamırıqki bizim yaşadığımız dünya çox gözəldir.O həm də əsrarəngiz və maraqlıdır.Biz zəngin və füsunkar bitkilər aləmi vəhşi heyvanlardan tutmuş ən xırda həşəratlara qədər saysız hesabsız canlılar əhatəsindəyik.Bəli Yer kürəsi adlandırdığımız planetin məzmunu da bizi əhatə edən təbiətin harmoniyasıdır.Dünyamızın sabahı və gələcəyi bu tarazlıqdan asılıdır.Bu tarazlığın pozulması bizi də dünyamızı da məhv edə bilər.Ona görə də biz insanlar təbiətə qaygı və məhəbbətlə yanaşmalı planetimizin bitki örtüyünu canlılar aləmini qorumalıyıq.Söz veririk ki təbiəti , Yer kürəsini qorumaqla bağlı bir çox tədbirlər görəcəyik.
Ətraf mühiti qoruyaq
пятница, 6 мая 2016 г.
среда, 4 мая 2016 г.
Yer kürəsindən məktub var !
Ey insanlar! Bilin və agah olunki Yer üzündəki bütün canlılar mənim üçün dəyərlidir. Ancaq son vaxtlar bir çox heyvanlar,quşlar mənə şikayət edirlər.Deyirlər ki, insanlar onları incidirlər .!Siz nə üçün məni qoruya bilmirsiz? Axı mən də üzərimdə canlıları daşıyan bir canlıyam.Sizə o qədər gözəlliklər bəxş etmişəm amma siz onları görmürsünüz? yəqinki hər səhər yuxudan duranda güzgüyə baxırsınız və orada özünüzü görürsünüz?Mən də tez-tez güzgüyə baxıram və bilirsinizmi orada nə görürəm?Meşələri bitkiləri heyvanları çox incidirsiz?Onları məhv edirsiz.Fabrik zavodlardan çıxan zərərli maddələri havaya və suya buraxırsınız.Əgər belə davam etsəniz həm məni həm də özünüzü məhv etmiş olacaqsınız.Sizin bu etinadsızlığınıza görə mən yox ola bilərəm.Mənim yox olmam isə siz insanların da yox olması deməkdir.Baxın sizin barmağınıza kiçik bir tikan batanda çox ağrıdır elə deyilmi? Bunu da bilinki siz kiçik bir qarışqa yuvasını dağıdanda ,ağacları meşələri qıranda heyvanları quşları öldürəndə də mənim canım da elə ağrıdır.Ağacları kəsib kağız emal edirsiz sonra da həmin kağızları küçələrə ataraq ətrafı çirkləndirirsiz.Halbuki sizin atdığınız kağızları zibilləri yenidən emal edib məişət əşyasına çevirə bilərlər.Bunun sayəsində ağacların da itkisi az oksigen də bol olar.Sizə qəzəbləndiyim mövzulardan biri də heyvanların məhv edilməsidir.Nəsli kəsilməkdə olan heyvanları öldürmək azmış kimi onların dərisindən geyimlər hazirlayaraq onların sayını azaldırsınız.Dənizlərin mavi görünməsi üçün suya müxtəlif kimyəvi maddələr tökür və dənizdə yaşayan bir çox canlıların həyatına son qoyursunuz.....Bəlkə də düşünürsünüz ki Yer kürəsi çox böyukdür və bir neçə canlını öldürməklə heçnə olmaz..... Amma elə deyil......Əslində sizə deyiləcək sözum çoxdur.Ancaq yaddan çıxartmayınki mən sizin evinizəm. İnsan yaşadığı evi çirkləndirməz!!1Evinizi təmiz saxlayın .Oksigenin bol olması üçün çoxlu ağaclar əkin yaşıllıqlar salın.Mənə xieyir verinki mənim də sizə xeyrim dəysin. Bütün bunlar acilarımın yalnız bir qismidir.Sizə yenə də yazacam.Növbəti məktubumda istərdimki sizin təbiətə qarşı etdiyiniz yaxşılıqlardan bəhs edim.Bu ümmanla sizdən ayrılıram.
İnsanlara dərin sevgi və məhəbbətlə:YER KÜRƏSİ
понедельник, 2 мая 2016 г.
Təbiət böyük bir xəzinədir
Ətraf mühitin çirklənməsi bir nömrəli ekoloji problem hesab olunur.İnsanların sağlamlıq tempinin aşağı düşməsi dayanmır.Son illər sənaye rayonlarının əhalisinin əksəriyyəti immun çatışmazlığından əziyyət çəkir.Dünyanın ekoloji problemləri onun hər bir sakinini narahat etməlidir.Ekoloji çirklənməyə sübut olaraq bunları sadalamaq olar.a)İstixana effektinin güclənməsi alçaq konsentrasiyalı qazların və aerozolların buraxılması planetin iqlimimnin dəyişməsinə gətirib çıxarır b)Kimyəvi reaksiyalar nəticəsində əmələ gələn zəhərli və məhv edici təsirə malik maddələrlə çirkləndirilməsi.c)Yerin ozon qatının zəifləməsi nəticəsində Antarktida üzərində böyük ozon dəliyinin və digər regionlar üzərində kiçik ozon dəliyinin əmələ gəlməsinə səbəb olur.Nəqliyyatın və digər əlaqə vasitələrinin inkişafı müasir dünyanın bütövlüyünə daha çox zəmin yaradır.Ayrılıqda bir ölkədə baş verən hadisələr yaxın ölkələrlə bərabər bütün bəşəriyyətə təsir edir.Bəşəriyyətin gələcək inkişafı onun siyasi xarakterli(müharibə və sülh) insan hüqüqları irqçilik millətçilik ekonomik krizlər və ekoloji xarakterli(təbii resursların tükənməsi ətraf mühitin qorunması) problemləri necə həll edəcəyindən asılıdır.Ətraf mühitin çirklənmə növləri təbii mühitin suyun havanın torpağın zəhərli maddələrlə çirklənməsinin nəticəsidir.Biz hər birimiz öz vətənimizin sahibiyik.Bizim başlıca məqsədimiz təbiəti qorumaq və müdafiə etməkdir...
Подписаться на:
Сообщения (Atom)