понедельник, 2 мая 2016 г.

Təbiət böyük bir xəzinədir

Ətraf mühitin çirklənməsi bir nömrəli ekoloji problem hesab olunur.İnsanların sağlamlıq tempinin aşağı düşməsi  dayanmır.Son illər sənaye rayonlarının  əhalisinin   əksəriyyəti immun çatışmazlığından əziyyət çəkir.Dünyanın ekoloji problemləri  onun hər  bir sakinini narahat etməlidir.Ekoloji çirklənməyə sübut olaraq bunları sadalamaq olar.a)İstixana effektinin güclənməsi alçaq konsentrasiyalı qazların  və aerozolların buraxılması  planetin iqlimimnin dəyişməsinə gətirib çıxarır  b)Kimyəvi reaksiyalar nəticəsində  əmələ gələn  zəhərli və məhv edici  təsirə malik maddələrlə çirkləndirilməsi.c)Yerin ozon qatının  zəifləməsi nəticəsində Antarktida üzərində böyük ozon dəliyinin və digər regionlar üzərində  kiçik ozon dəliyinin  əmələ gəlməsinə səbəb olur.Nəqliyyatın və digər əlaqə  vasitələrinin inkişafı  müasir dünyanın bütövlüyünə daha çox zəmin yaradır.Ayrılıqda bir ölkədə baş verən  hadisələr  yaxın ölkələrlə bərabər bütün bəşəriyyətə təsir edir.Bəşəriyyətin gələcək inkişafı onun siyasi xarakterli(müharibə və sülh) insan hüqüqları irqçilik millətçilik ekonomik krizlər və ekoloji xarakterli(təbii  resursların tükənməsi  ətraf mühitin qorunması) problemləri necə həll edəcəyindən asılıdır.Ətraf mühitin çirklənmə növləri təbii mühitin  suyun havanın torpağın  zəhərli maddələrlə çirklənməsinin nəticəsidir.Biz hər birimiz öz vətənimizin  sahibiyik.Bizim başlıca məqsədimiz təbiəti qorumaq və müdafiə etməkdir...

Комментариев нет:

Отправить комментарий