Ey insanlar! Bilin və agah olunki Yer üzündəki bütün canlılar mənim üçün dəyərlidir. Ancaq son vaxtlar bir çox heyvanlar,quşlar mənə şikayət edirlər.Deyirlər ki, insanlar onları incidirlər .!Siz nə üçün məni qoruya bilmirsiz? Axı mən də üzərimdə canlıları daşıyan bir canlıyam.Sizə o qədər gözəlliklər bəxş etmişəm amma siz onları görmürsünüz? yəqinki hər səhər yuxudan duranda güzgüyə baxırsınız və orada özünüzü görürsünüz?Mən də tez-tez güzgüyə baxıram və bilirsinizmi orada nə görürəm?Meşələri bitkiləri heyvanları çox incidirsiz?Onları məhv edirsiz.Fabrik zavodlardan çıxan zərərli maddələri havaya və suya buraxırsınız.Əgər belə davam etsəniz həm məni həm də özünüzü məhv etmiş olacaqsınız.Sizin bu etinadsızlığınıza görə mən yox ola bilərəm.Mənim yox olmam isə siz insanların da yox olması deməkdir.Baxın sizin barmağınıza kiçik bir tikan batanda çox ağrıdır elə deyilmi? Bunu da bilinki siz kiçik bir qarışqa yuvasını dağıdanda ,ağacları meşələri qıranda heyvanları quşları öldürəndə də mənim canım da elə ağrıdır.Ağacları kəsib kağız emal edirsiz sonra da həmin kağızları küçələrə ataraq ətrafı çirkləndirirsiz.Halbuki sizin atdığınız kağızları zibilləri yenidən emal edib məişət əşyasına çevirə bilərlər.Bunun sayəsində ağacların da itkisi az oksigen də bol olar.Sizə qəzəbləndiyim mövzulardan biri də heyvanların məhv edilməsidir.Nəsli kəsilməkdə olan heyvanları öldürmək azmış kimi onların dərisindən geyimlər hazirlayaraq onların sayını azaldırsınız.Dənizlərin mavi görünməsi üçün suya müxtəlif kimyəvi maddələr tökür və dənizdə yaşayan bir çox canlıların həyatına son qoyursunuz.....Bəlkə də düşünürsünüz ki Yer kürəsi çox böyukdür və bir neçə canlını öldürməklə heçnə olmaz..... Amma elə deyil......Əslində sizə deyiləcək sözum çoxdur.Ancaq yaddan çıxartmayınki mən sizin evinizəm. İnsan yaşadığı evi çirkləndirməz!!1Evinizi təmiz saxlayın .Oksigenin bol olması üçün çoxlu ağaclar əkin yaşıllıqlar salın.Mənə xieyir verinki mənim də sizə xeyrim dəysin. Bütün bunlar acilarımın yalnız bir qismidir.Sizə yenə də yazacam.Növbəti məktubumda istərdimki sizin təbiətə qarşı etdiyiniz yaxşılıqlardan bəhs edim.Bu ümmanla sizdən ayrılıram.
İnsanlara dərin sevgi və məhəbbətlə:YER KÜRƏSİ
Комментариев нет:
Отправить комментарий