пятница, 6 мая 2016 г.

Yer kürəsinə


Salam əziz dünyam! Məktubunu aldıq. İlk öncə səndən məktub  aldığımız üçün çox sevinmişdik.Amma biləndəki biz insanlar səni incidirik  bizə əmanət etdiyin dəyərləri qoruya bilmirik  onda çox təəssüfləndik.Görəsən biz insanlar niyə anlamırıqki  bizim yaşadığımız dünya çox gözəldir.O həm də əsrarəngiz və maraqlıdır.Biz zəngin və füsunkar bitkilər aləmi vəhşi heyvanlardan tutmuş ən xırda  həşəratlara qədər saysız hesabsız canlılar əhatəsindəyik.Bəli Yer kürəsi adlandırdığımız planetin  məzmunu da bizi əhatə edən təbiətin harmoniyasıdır.Dünyamızın sabahı və gələcəyi bu tarazlıqdan asılıdır.Bu tarazlığın pozulması bizi də dünyamızı da məhv  edə bilər.Ona görə də biz insanlar təbiətə qaygı və məhəbbətlə yanaşmalı planetimizin bitki örtüyünu canlılar aləmini qorumalıyıq.Söz veririk ki təbiəti , Yer kürəsini qorumaqla bağlı bir çox tədbirlər görəcəyik.

Комментариев нет:

Отправить комментарий