пятница, 6 мая 2016 г.

Yer kürəsinə


Salam əziz dünyam! Məktubunu aldıq. İlk öncə səndən məktub  aldığımız üçün çox sevinmişdik.Amma biləndəki biz insanlar səni incidirik  bizə əmanət etdiyin dəyərləri qoruya bilmirik  onda çox təəssüfləndik.Görəsən biz insanlar niyə anlamırıqki  bizim yaşadığımız dünya çox gözəldir.O həm də əsrarəngiz və maraqlıdır.Biz zəngin və füsunkar bitkilər aləmi vəhşi heyvanlardan tutmuş ən xırda  həşəratlara qədər saysız hesabsız canlılar əhatəsindəyik.Bəli Yer kürəsi adlandırdığımız planetin  məzmunu da bizi əhatə edən təbiətin harmoniyasıdır.Dünyamızın sabahı və gələcəyi bu tarazlıqdan asılıdır.Bu tarazlığın pozulması bizi də dünyamızı da məhv  edə bilər.Ona görə də biz insanlar təbiətə qaygı və məhəbbətlə yanaşmalı planetimizin bitki örtüyünu canlılar aləmini qorumalıyıq.Söz veririk ki təbiəti , Yer kürəsini qorumaqla bağlı bir çox tədbirlər görəcəyik.

Təmiz insan təmiz çevrə

https://www.youtube.com/audio?feature=vm&v=X-wxfzqm6ew

среда, 4 мая 2016 г.

Yer kürəsindən məktub var !


Ey  insanlar!    Bilin və agah olunki    Yer   üzündəki bütün canlılar mənim üçün dəyərlidir. Ancaq son vaxtlar bir çox heyvanlar,quşlar mənə şikayət edirlər.Deyirlər ki, insanlar onları  incidirlər .!Siz nə üçün məni qoruya bilmirsiz? Axı mən də üzərimdə  canlıları daşıyan bir canlıyam.Sizə o qədər gözəlliklər bəxş etmişəm amma siz onları görmürsünüz? yəqinki hər səhər yuxudan duranda güzgüyə  baxırsınız və orada özünüzü görürsünüz?Mən də tez-tez güzgüyə baxıram və bilirsinizmi orada nə görürəm?Meşələri  bitkiləri heyvanları çox incidirsiz?Onları  məhv edirsiz.Fabrik zavodlardan çıxan zərərli maddələri havaya və suya buraxırsınız.Əgər belə davam etsəniz həm məni həm də özünüzü məhv etmiş olacaqsınız.Sizin bu etinadsızlığınıza görə mən yox ola bilərəm.Mənim  yox olmam isə  siz insanların da  yox olması deməkdir.Baxın sizin barmağınıza kiçik bir tikan batanda çox ağrıdır elə deyilmi? Bunu da bilinki  siz kiçik bir qarışqa yuvasını  dağıdanda ,ağacları meşələri qıranda heyvanları quşları öldürəndə də mənim canım da elə ağrıdır.Ağacları kəsib kağız  emal edirsiz  sonra da həmin kağızları küçələrə ataraq  ətrafı çirkləndirirsiz.Halbuki sizin atdığınız kağızları zibilləri yenidən emal edib məişət əşyasına çevirə bilərlər.Bunun sayəsində ağacların da itkisi az oksigen də bol olar.Sizə qəzəbləndiyim mövzulardan biri də heyvanların məhv edilməsidir.Nəsli kəsilməkdə olan heyvanları öldürmək azmış kimi onların dərisindən geyimlər hazirlayaraq onların sayını azaldırsınız.Dənizlərin  mavi görünməsi üçün suya müxtəlif kimyəvi maddələr tökür və dənizdə yaşayan bir çox canlıların həyatına son qoyursunuz.....Bəlkə də düşünürsünüz ki Yer kürəsi çox böyukdür və bir neçə canlını öldürməklə heçnə olmaz..... Amma elə deyil......Əslində sizə deyiləcək sözum çoxdur.Ancaq yaddan çıxartmayınki  mən sizin evinizəm.  İnsan yaşadığı evi çirkləndirməz!!1Evinizi təmiz saxlayın .Oksigenin bol olması üçün  çoxlu ağaclar əkin yaşıllıqlar salın.Mənə xieyir verinki mənim  də sizə xeyrim dəysin. Bütün bunlar  acilarımın  yalnız bir qismidir.Sizə yenə də yazacam.Növbəti məktubumda istərdimki sizin təbiətə qarşı etdiyiniz yaxşılıqlardan bəhs edim.Bu ümmanla sizdən ayrılıram.

İnsanlara dərin sevgi və məhəbbətlə:YER KÜRƏSİ














понедельник, 2 мая 2016 г.

Təbiət böyük bir xəzinədir

Ətraf mühitin çirklənməsi bir nömrəli ekoloji problem hesab olunur.İnsanların sağlamlıq tempinin aşağı düşməsi  dayanmır.Son illər sənaye rayonlarının  əhalisinin   əksəriyyəti immun çatışmazlığından əziyyət çəkir.Dünyanın ekoloji problemləri  onun hər  bir sakinini narahat etməlidir.Ekoloji çirklənməyə sübut olaraq bunları sadalamaq olar.a)İstixana effektinin güclənməsi alçaq konsentrasiyalı qazların  və aerozolların buraxılması  planetin iqlimimnin dəyişməsinə gətirib çıxarır  b)Kimyəvi reaksiyalar nəticəsində  əmələ gələn  zəhərli və məhv edici  təsirə malik maddələrlə çirkləndirilməsi.c)Yerin ozon qatının  zəifləməsi nəticəsində Antarktida üzərində böyük ozon dəliyinin və digər regionlar üzərində  kiçik ozon dəliyinin  əmələ gəlməsinə səbəb olur.Nəqliyyatın və digər əlaqə  vasitələrinin inkişafı  müasir dünyanın bütövlüyünə daha çox zəmin yaradır.Ayrılıqda bir ölkədə baş verən  hadisələr  yaxın ölkələrlə bərabər bütün bəşəriyyətə təsir edir.Bəşəriyyətin gələcək inkişafı onun siyasi xarakterli(müharibə və sülh) insan hüqüqları irqçilik millətçilik ekonomik krizlər və ekoloji xarakterli(təbii  resursların tükənməsi  ətraf mühitin qorunması) problemləri necə həll edəcəyindən asılıdır.Ətraf mühitin çirklənmə növləri təbii mühitin  suyun havanın torpağın  zəhərli maddələrlə çirklənməsinin nəticəsidir.Biz hər birimiz öz vətənimizin  sahibiyik.Bizim başlıca məqsədimiz təbiəti qorumaq və müdafiə etməkdir...